CƏMİYYƏT


Ağdam rayonunda oğurluq edən keçmiş məhkum tutulub

Bakı, 28 iyul, AZƏRTAC

Ağdam rayonunda oğurluq edən keçmiş məhkum tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, iyulun 25-nə keçən gecə Zəngişalı kəndi ərazisindəki mağazaların birindən 465 manat məbləğində pul və 10 manat dəyərində danışıq kartları oğurlamaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş T.Salahov Ağdam Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. Axtarış zamanı ondan heroin və metamfetamin aşkarlanaraq götürülüb.

Onun barəsində aparılan tədbirlər nəticəsində həmin şəxsin daha bir evdən oğurluq etməsi də müəyyənləşdirilib.

Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.