REGİONLAR


Ağdam rayonunda qazılacaq 35 subartezian quyusundan 14-də işlər başa çatıb

Bakı, 6 fevral, AZƏRTAC

Ağdam rayonunda 35 ədəd subartezian quyusunun qazılması işləri davam etdirilir.

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin təmsilçisi Dilqəm Şərifov AZƏRTAC-a bildirib ki, Prezident İlham Əliyevin “Ağdam rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 2018-ci il 5 noyabr tarixli Sərəncamına əsasən, ASC-yə Ağdam rayonunun əhalisi 26265 nəfər olan 20 yaşayış məntəqəsində 1050 hektar əkin sahəsinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə 35 subartezian quyusunun layihələndirilməsinin və qazılmasının təmin olunması tapşırılıb.

Prezidentin Sərəncamının icrası olaraq, Səhmdar Cəmiyyəti tərəfindən 35 ədəd subartezian quyusunun yeri dəqiqləşdirilərək layihə-smeta sənədləri hazırlanıb və podrat təşkilatlarla müqavilələr imzalanıb. Artıq 14 quyuda qazma işləri tamamlanıb, qalan 21 quyuda isə işlər davam etdirilir. Yaxın vaxtlarda həmin subartezian quyularında işlər tam yekunlaşdırılaraq istismara veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.