Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Ağdam rayonunun Ermənistanın silahlı qüvvələri tərəfindən işğal olunmasından 27 il keçir

Bakı, 23 iyul, AZƏRTAC

XX əsrin 80-ci illərinin sonunda ermənilər “böyük Ermənistan” ideyasını həyata keçirmək üçün yaranmış vəziyyətdən istifadə edərək yenidən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə dair əsassız ərazi iddiaları irəli sürdülər. Sovet dövründə mərkəzi hakimiyyət orqanlarının himayədarlığı ilə Azərbaycan əleyhinə məqsədyönlü şəkildə təbliğat kompaniyası aparılmış və nəticədə, mənfi ictimai fikir formalaşdırılmışdı. Erməni ideoloqları və onların himayədarları Azərbaycanın tarixi, sosial-iqtisadi inkişafı haqqında faktları açıq-aşkar saxtalaşdıraraq bütün ittifaq miqyasında yaymışdılar. Ermənistan SSR Ali Soveti 1989-cu il dekabrın 1-də Azərbaycanın suverenliyini kobud şəkildə pozaraq Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) Ermənistan SSR-yə birləşdirilməsi haqqında Konstitusiyaya zidd daha bir qərar qəbul etdi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədov bildirib.

Sovet rəhbərliyinin çox ciddi və bağışlanmaz səhvləri və ermənipərəst siyasəti 1990-cı ilin sonu - 1991-ci ilin əvvəllərində vəziyyətin getdikcə kəskinləşməsinə gətirib çıxardı, DQMV və Azərbaycanın Ermənistan ilə həmsərhəd bölgələrində erməni təcavüzü daha geniş miqyas aldı. SSRİ rəhbərliyinin himayədarlığı sayəsində Ermənistan Dağlıq Qarabağ bölgəsində hərbi əməliyyatları genişləndirməklə yanaşı, 1988-ci ildən - 1991-ci ilin sonunadək Azərbaycanın Qazax, Tovuz, Ağstafa, Gədəbəy, Kəlbəcər, Laçın, Qubadlı və Zəngilan rayonlarına 304 dəfə silahlı hücum etmiş, 1249 dəfə kütləvi artilleriya atəşinə tutmuş, nəticədə 411 nəfər öldürülmüşdü. Hücumlar Naxçıvan, Sədərək və Ordubad istiqamətlərində də edilmişdi. Halbuki, adı çəkilən və Ermənistanla sərhəddə yerləşən bu rayonların ermənilərin ərazi iddiası olan Dağlıq Qarabağa aidiyyəti yox idi. Bu, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və hərbi təcavüzünün təkcə Dağlıq Qarabağla məhdudlaşmadığını göstərirdi.

1991-ci il oktyabrın sonu - 1992-ci ilin əvvəllərində Qarabağın dağlıq hissəsindəki 30-dan çox yaşayış məntəqəsi, o cümlədən Tuğ, Salakətin, İmarət-Qərvənd, Sırxavənd, Meşəli, Cəmilli, Umudlu, Kərkicahan, Malıbəyli, Quşçular, Qaradağlı və digər strateji əhəmiyyətə malik, azərbaycanlılar yaşayan kəndlər Ermənistanın silahlı qüvvələri tərəfindən yandırıldı, dağıdıldı və talan edildi, əhalisi təcavüzə və soyqırımına məruz qalaraq öz doğma yurdlarından məcburən köçkün düşdü. XX əsrin sonunda - 1992-ci il fevralın 26-da bütün dünyanın gözü qarşısında baş verən, qəddarlığı və amansızlığı ilə seçilən Xocalı soyqırımı isə bu təcavüzkar siyasətin ən qanlı və yaddaşlardan silinməyən səhifəsi olmuşdur. 1992-ci il mayın 8-də Ermənistan silahlı qüvvələrinin hərbi təcavüzü nəticəsində Azərbaycanın tarixi mədəniyyət mərkəzi olan Şuşa şəhəri və rayonun 30 kəndi işğal edilmişdir.

27 il əvvəl - 1993-cü il iyulun 23-də Ermənistan silahlı qüvvələri Dağlıq Qarabağdan kənarda yerləşən qədim Azərbaycan şəhəri Ağdamı və onun kəndlərini işğal etdilər. Nəticədə, 1154 kvadratkilometr ərazisi, işğal zamanı 165 mindən çox nəfər əhalisi və 123 kəndi olan Ağdam rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu. Hazırda Ağdam rayonunun Quzanlı qəsəbəsi və 44 kəndi Azərbaycanın nəzarətindədir və həmin ərazilərdə 100 minə yaxın əhali (onlardan 50 min nəfərdən çoxu məcburi köçkündür) yaşayır. Ağdam şəhəri və 123 kəndin 79-u Ermənistan silahlı qüvvələrinin işğalı altındadır (rayonun 80 faizə qədər hissəsi). Hazırda Ağdam rayonunun 200 mindən çox olan əhalisinin 3/2 hissəsi Azərbaycanın müxtəlif bölgələrində məcburi köçkün həyatı yaşayır. Ağdamın müdafiəsi uğrunda 5 ildən artıq gedən döyüşlərdə 5897 nəfər şəhid oldu, 3531 nəfər yaralandı və əlil oldu.

Ağdam rayonu Kiçik Qafqaz dağları ilə Kür-Araz ovalığının təmas zonasında, yəni Qarabağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərb hissəsində yerləşir. Relyefi əsasən düzənlik, qismən dağlıqdır. Rayonun ərazisindən Qarqar və Xaçın çayları axır. Şimalda Tərtər və Bərdə rayonları, cənubda Xocavənd, şərqdə Ağcabədi rayonu, qərbdə isə Kəlbəcər rayonu və Xocalı şəhəri ilə həmsərhəddir.

Bununla yanaşı, işğal nəticəsində Ağdam rayonu ərazisindəki memarlıq abidələri bütünlüklə talan edilmiş, yandırılmış, dağıdılmış və məhv edilmişdir. Aparılan arxeoloji tədqiqatlar zamanı aydın olmuşdu ki, Üçoğlantəpə deyilən yerdə ilk qədim insanlar rayon ərazisində altı-səkkiz min il bundan əvvəl, yəni, eneolit dövründə (e.ə. IV-VI minilliyi əhatə edir) yaşamış, qədim əkinçilik və maldarlıq mədəniyyətinə yiyələnmişlər. Rayonun digər ərazilərində qədim yaşayış məskəni olmuş Leylatəpə və Üzərliktəpə deyilən yerlərdə apardığı arxeoloji tədqiqatlar zamanı eneolit və orta tunc dövrünə aid (e.ə. II minilliyin birici yarısı) dulusçuluq, metaləritmə, zərgərlik və digər sahələrə aid maddi-mənəvi abidələr aşkarlanıb.

Tarixi və memarlıq abidələrindən Sarıhacılı kəndindən 3 kilometr cənub-şərqdə Çinartəpə yaşayış yeri (e.ə.II-I minilliklər), Göytəpə kəndinin qərbində Göytəpə yaşayış yeri (tunc dövrü), Papravənd kəndinin cənub-şərqində Güllütəpə - II yaşayış yeri (son tunc dövrü, ilk orta əsrlər), Güllütəpə - I yaşayış yeri (III-XIII əsrlər), Ağdam şəhərinin şimal-qərbində Xındırıstan kəndində yеrləşən Üzərliktəpə abidəsi, Xaçındərbənd kəndindəki Qutlu Musa oğlu günbəzi (1314-cü il), Salahlı-Kəngərli kəndindəki türbə və daş abidələr (XIV əsr), Papravənd kəndindəki Xanoğlu türbəsi (XVII əsr), Şeyx Nigari türbəsi, türbələr və məscid (XVIII əsr), Qarabağ xanı Pənahəli və onun nəslinin Ağdam şəhərindəki imarəti (XVIII əsr) və türbəsi, iki sandığabənzər abidə (XVI əsr), o cümlədən görkəmli Azərbaycan şairəsi Xurşidbanu Natəvanın və onun oğlunun türbələri, Ağdam şəhərinin Qaraağacı qəbiristanında Uğrulla bəyin türbəsi (XIX əsr), Şahbulaq ərazisində Şahbulaq qalası və Karvansara, eləcə də rayonun ərazisində mövcud olan çoxlu sayda tarixi, mədəni və dini abidələr məhv edilmişdir.

Bununla yanaşı, Ağdamda bütün dünyada yeganə olan “Çörək muzeyi” ilə yanaşı, tarzən Qurban Pirimovun xatirə muzeyi, Ağdam Şəkil Qalereyası və şəhərin mərkəzində yerləşən qədim memarlıq abidəsi sayılan Məscid və onun minarələri də erməni vandalları tərəfindən vəhşicəsinə dağıdılmışdır. Ümumilikdə, 130-dan çox tarixi abidələr və maddi-mədəniyyət nümunələri yer üzündən silinmişdir.

Bundan əlavə, işğaldan əvvəl Ağdamda 1898 sayda sosial-iqtisadi tikinti obyekti, 17 sənaye, 31 tikinti, 753 ticarət, 397 ictimai iaşə, 220 məişət müəssisəsi, 480 sosial bina, 24 min 446 yaşayış tikililəri, həmçinin 54 məktəbəqədər uşaq, 116 ümumtəhsil müəssisəsi, bir neçə ali məktəb filialı, 13 mədəniyyət evi, muzeylər, 109 mədəniyyət klubu fəaliyyət göstərmişdir.

XX əsrin sonunda monoetnik dövlət yaratmağa nail olan Ermənistanın təcavüzü nəticəsində 1988-1993-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun hüdudlarından kənarda yerləşən Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonları zəbt edilmiş və hazırda Azərbaycan ərazisinin 20 faizdən çox hissəsi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Bu, Ermənistanın Azərbaycana qarşı dövlət səviyyəsində ərazi iddiasında olduğunu təsdiq edir.

Ermənistanın hərbi təcavüzü nəticəsində bu ərazilər etnik təmizləməyə məruz qalıb, Azərbaycanın işğal olunmuş ərazilərindən 1 milyondan çox azərbaycanlı əhali öz doğma torpağından məcburən köçkün düşüb. Bütün dövrlərdə olduğu kimi, 1988-1993-cü illərdə Ermənistanın həyata keçirdiyi bu işğalçılıq siyasəti nəticəsində 20 min azərbaycanlı həlak olub, 50 min nəfər isə müxtəlif dərəcəli xəsarət alaraq əlil olmuşdur.

Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə əlaqədar 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələrdə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının zəruriliyi bir daha təsdiq olunur, işğalçı qüvvələrin işğal etdikləri Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxması göstərilir. Lakin BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə, Qoşulmama Hərəkatının, Avropa Parlamentinin, İslam Əməkdaşlıq Təşkilatının və eləcə də digər beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərə baxmayaraq indiyə kimi Ermənistanın açıq-aşkar hərbi işğalçılıq mövqeyi tutması nəticəsində münaqişə ölkəmizin ərazi bütövlüyü və suverenliyi çərçivəsində ədalətli həllini tapmayıb.

Ancaq Azərbaycan dövləti və xalqı bu işğalla heç vaxt barışmayacaq. Bu baxımdan Azərbaycan Ordusunun dörd il əvvəl - 2016-cı il aprelin 2-dən 5-dək davam edən uğurlu əks-hücum əməliyyatları ölkəmizə hərbi-strateji nöqteyi-nəzərdən çox böyük üstünlüklər verdi. İlk növbədə, Azərbaycan çox mühüm psixoloji qələbə qazandı. Azərbaycan Ordusu Qarabağın şimal və cənub hissələrində çox böyük strateji əhəmiyyətə malik yüksəklikləri, o cümlədən Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının bir hissəsini azad etdi. Bununla da, Azərbaycan öz torpaqlarını azad etmək bacarığını, potensialını, döyüş əzmini nümayiş etdirdi. Nəticədə dördgünlük döyüşlərin beynəlxalq əks-sədası da dərhal eşidildi və Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlaması bir daha bütün dünyaya xatırladıldı.

Bu baxımdan, Prezident İlham Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi həll olunmadan, yəni Ermənistan işğal olunmuş Azərbaycan torpaqlarından çıxmayınca bölgədə heç bir müsbət irəliləyişin mümkün olmayacağını vurğulamaqla yanaşı, Azərbaycanın dövlətinin öz milli maraqları uğrunda, ərazi bütövlüyümüzün bərpa olunmasına nail olmaq üçün sona qədər mübarizə aparacağını bildirib.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Polşada hökumət dəyişikliyi baş verib

Azərbaycan Qərbdən Şərqə, Şimaldan Cənuba regionun tranzit mərkəzinə çevrilib

Azərbaycan və Yunanıstan XİN rəhbərləri ikitərəfli əməkdaşlığı müzakirə ediblər

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevlə bağlı paylaşım edib

“Mirzə Rəhim Fəna. Əsərləri” kitabi işıq üzü görüb

Səfir: Bakıdakı bu sərgi Avropa İttifaqı ölkələrinin tarixi memarlığını təcəssüm etdirir

SOCAR-ın prezidenti “Mizuho” Maliyyə Qrupunun nümayəndə heyəti ilə görüşüb

Ağdamda yaradıcılıq festivallarının və müxtəlif nominasiyalı müsabiqələrin qalibləri mükafatlandırılıb

“Gender bərabərliyi və yerli idarəetmə” - təlim

Azərbaycan ilə Slovakiya arasında əlaqələrin hazırkı səviyyəsindən məmnunluq ifadə edilib

“Sən elə bir zirvəsən” - tədbir

Muxtar Babayev: COP29-un Azərbaycanda keçirilməsi çox məsuliyyətli və çox maraqlı bir proses olacaq

Bakıda “Avropa qəsrləri” adlı fotosərgi açılıb

AzTU-nun ixtisaslarını Almaniyanın Beynəlxalq Akkreditasiya Agentliyi akkreditasiya edəcək

Ulu Öndərin xatirəsi Tbilisidə ehtiramla yad olunub

“Heydər Əliyevin siyasi dilinin lüğəti” çapdan çıxıb

Adil Əliyev: Azərbaycan xalqı Zəfər seçkisində bir daha öz Liderini dəstəkləyəcək

Almaniyada kikboksinq üzrə “Heydər Əliyev Kuboku” keçirilib

Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb

“Azərişıq” ASC-nin sədri Lənkəranda vətəndaşları dinləyib

Tərtərdə Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib

İctimai-Siyasi Sənədlər Arxivində Ulu Öndərin anım günü ilə əlaqədar tədbir keçirilib VİDEO

Azərbaycanda qazanılan bütün uğurların təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub

Azərbaycan tarixinin 1969-cu ildən bəri yaşanan dövrü Heydər Əliyevin adı ilə sıx bağlıdır

Vüqar Həşimov Memorialının qalibi məlum olub

COP29 2024-cü ildə Azərbaycanda keçiriləcək YENİLƏNİB VİDEO

Beynəlxalq axtarışda olan daha bir şəxsin ölkəmizə ekstradisiyası təmin edilib

ADPU-da Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb

Ulu Öndər Heydər Əliyev – 100: Etnomilli münaqişənin həllində sülh fəlsəfi problem kimi – TƏHLİL

Brüsseldə Azərbaycan-Aİ əməkdaşlığının müxtəlif aspektləri müzakirə edilib

Baş Prokurorluqda Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb

“Neftçi”nin sabiq legioneri: Azərbaycan mənim ikinci vətənimdir

Ali Attestasiya Komissiyası: 14 iddiaçıya diplom və attestatlar təqdim edilib

“Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” - beynəlxalq elmi konfrans

Yeniyetmələrimiz 20-ci Beynəlxalq Elm Olimpiadasında 4 medal qazanıblar

Ulu Öndər Heydər Əliyevə həsr olunmuş kitabların təqdimatı keçirilib

“Məşğulluğa dəstək layihəsi” üzrə daha 400-dək işsiz şəxs üçün kiçik bizneslər qurulub

The Times: Britaniya bu il 7,95 milyard dollarlıq viski ixrac edib

COP29-a ev sahibliyi edəcək ölkə kimi seçilməyimiz Azərbaycanın beynəlxalq arenada artan nüfuzunun nəticəsidir - ŞƏRH

Türkiyədə inşası tamamlanan 369 su obyekti istifadəyə verilib

Biləsuvar sakinlərindən qanunsuz saxlanılan odlu silahlar götürülüb

Azərbaycan karateçiləri İtaliyada iki medal qazanıblar

ADPU-da Mədəniyyət və İncəsənət Universitetinin 100 illiyi qeyd olunub

AMB 20 sığorta vasitəçisinin lisenziyasının qüvvəsini dayandırıb

Aqrar Sığorta Fondunun nümayəndələri Sabirabadda fermerlərlə görüşüblər

Yol hərəkətinin təşkilinin texniki vasitələrinə dair dövlət standartı qəbul edilib

“Heydər Əliyev Azərbaycanda müasir dövlət qulluğu sisteminin banisidir” mövzusunda dəyirmi masa keçirilib

Şalva Papuaşvili: 2024-cü ilin fevralında Azərbaycanda keçiriləcək prezident seçkiləri tarixi seçkilərdir

® “AccessBank” “Daşınmaz əmlakın sığortası” xidmətləri üzrə tender elan edir

®  “Moody's” Beynəlxalq Reytinq Agentliyi ABB-nin proqnozunu stabildən pozitivə yüksəltdi

Ssenarinin inkişaf proqramına yönləndirilmiş film layihələrinin ilkin dinləmələri keçirilib

“Qarabağ” - “Hekken” oyununa satılmış biletlərin sayı açıqlanıb

“Molinere” sualtı heykəllər parkında eksponatların sayı artıb

Baş nazir Əli Əsədov Gürcüstan parlamentinin sədri ilə görüşüb

“Heydər Əliyev Azərbaycan elminin hamisidir” adlı layihə həyata keçirilib

Azərbaycan millisinin futzalçısı: Hər xal uğrunda gərgin mübarizə gedəcək

Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin müəllim və tələbələri əsgərlərlə görüşüb VİDEO

Audiovizual Şura bankın reklam materialına görə televiziya kanallarına xəbərdarlıq edib

Rusiyanın NTV telekanalında Ümummilli Lider Heydər Əliyev haqqında sənədli film yayımlanacaq

Həndbol üzrə Azərbaycan çempionatı: “Qarabağ” və “Kür”ün uğurlu seriyası davam edir

“Apple” 2024-cü ildə iki yeni iPad Pro və iPad Air buraxacaq

Noyabrda 21 aptekdə yoxlama aparılıb

AYNA: “Qırmızı Körpü” gömrük-sərhəd buraxılış məntəqəsində nəqliyyat vasitələrinin daha çox gözlədiyi müşahidə edilir

Azərbaycan Gimnastika Federasiyasının baş katibi: İli bizim üçün uğurlu hesab etmək olar - MÜSAHİBƏ

Respublika fənn olimpiadalarında 62 min 759 şagird iştirak edəcək

Qubadlı sakinləri ağacəkmə aksiyası və iməcilik keçiriblər

Qusarda dərəyə aşan mikroavtobusda xəsarət alanların adları müəyyənləşib - YENİLƏNİB VİDEO

Tarixi Materada Qafqazın mədəniyyət paytaxtı Şuşa haqqında danışılıb

Ovlanmış heyvan və quşlar xəstəliklərin daşıyıcısı ola bilərmi?

UNEC ilə İstanbul Haliç Universiteti əməkdaşlıq edəcək

Beynəlxalq tədbirdə Qərbi azərbaycanlıların qayıdış hüququ barədə danışılıb

Paytaxt havasında dəm qazının miqdarı normanı ötüb

“Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsinin nəticələri açıqlanıb

Ağalıda işəgötürənlərlə görüş keçirilib

Gəncə Dövlət Universitetində mediasiya ilə bağlı maarifləndirici tədbir təşkil olunub

İsveç Ukraynaya 134 milyon dollarlıq yeni yardım ayıracaq

“Azərkosmos” COP28-də Azərbaycana məxsus milli pavilyonda panel müzakirəsi ilə çıxış edib

Masallı sakinləri qanunsuz saxladıqları odlu silahları təhvil veriblər

Parisin Luvr muzeyi biletlərin qiymətini qaldıracaq

Azərbaycanın bugünkü uğurlarının təməlində Ulu Öndərin misilsiz əməyi, düşünülmüş strategiyası dayanır – RƏY

“Hüseyn Cavidin ədəbi-bədii irsi mətbuatda” - kitab təqdimatı

Yaponiya səfirliyinin nümayəndəsi ilə avtomobil yollarının tikintisi sahəsində əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb

Dekabrın 4-dən 10-dək Azərbaycanda COVID-19 əleyhinə 24 doza vaksin vurulub

Ötən həftə Azərbaycanda COVID-19 infeksiyasına 17 yoluxma faktı qeydə alınıb

BDU-da “Praktik hüquqşünaslara insan hüquqlarının tədrisi üzrə Avropa proqramı”na dair təlim

Aleksander Çeferinin UEFA-ya rəhbərlik müddəti uzadıla bilər

Bərdədə çörək istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

Baş Prokurorluğun nümayəndələri Ankarada keçirilən konfransda iştirak ediblər

Abşeronda “Gender əsaslı zorakılıqla mübarizə” kampaniyası çərçivəsində maarifləndirmə tədbirləri keçirilib

“Ulu Öndər hər addımımda” fotomüsabiqəsinə start verilib

Neft və Sənaye Universiteti tələbələrinin 72-ci elmi-texniki konfransı

“İntellektual Klubların IV Gənclər Liqası”nın qalibləri məlum olub

Ümummilli Liderin dövlətçiliyə töhfələrindən biri müstəqil məhkəmə hakimiyyətinin yaradılması olub - RƏY

Rəqəmsal dövlətin formalaşması və intellektuallaşdırılması problemləri tədqiq olunur

İtaliya qəzeti Azərbaycanın COP29-a ev sahibliyi edəcəyindən yazıb

“Heydər Əliyev İli” çərçivəsində növbəti ağacəkmə aksiyaları keçirilib

® “Silk Way West Airlines” öz donanmasını və yükdaşıma qabiliyyətini genişləndirir

UNEC ilə Çin universiteti arasında memorandum imzalanıb

Bakı Qida və Kənd Təsərrüfatı Forumuna ev sahibliyi edəcək

Miqrasiya orqanlarına qəbul imtаhаnının nəticələri açıqlanıb