SİYASƏT


Ağdam rayonunun Gülablı kəndində məskunlaşan ermənilər şəxsi əşyalarını çıxarmaq üçün hərbçilərimizə müraciət ediblər VİDEO

Ağdam, 24 noyabr, AZƏRTAC

İşğaldan azad olunan Ağdam rayonunun Gülablı kəndində məskunlaşan erməni əsilli mülki vətəndaşlar yaşayış yerlərindən şəxsi əşyalarını çıxarmaq üçün Azərbaycan Ordusunun hərbi qulluqçularına müraciət ediblər.

AZƏRTAC-ın bölgəyə ezam olunmuş müxbiri xəbər verir ki, bununla bağlı yayılan videoda hərbi qulluqçularımızın azad edilmiş torpaqlarımızda məskunlaşan ermənilərin yaşayış yerlərindən əşyalarının təxliyəsi və onların təhlükəsizliklərinin təmin edilməsi məqsədilə beynəlxalq humanitar hüququn norma və prinsiplərinə, o cümlədən 1949-cu il Cenevrə Konvensiyasının müddəalarına uyğun olaraq zəruri humanitar dəstək göstərmələrinə dair görüntülər yer alıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.