CƏMİYYƏT


Ağdam rayonunun işğal altındakı ərazilərində yanğın hadisəsi qeydə alınıb

Bakı, 30 iyun, AZƏRTAC

“Azərkosmos” ASC, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə “Azersky" peyki vasitəsilə Ermənistan tərəfindən törədilmiş yanğınların monitorinqini aparıb.

Səhmdar Cəmiyyətdən AZƏRTAC-a bildiriblər ki, yanğınlar əsasən cəbhənin Ağdam rayonu istiqamətində törədilib.

İyunun 29-da Ağdam rayonunun işğal altından olan yaşayış məntəqələri üzrə ümumilikdə 280 hektar ərazinin yandığı aşkar edilib.

Hazırda monitorinqlər davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.