REGİONLAR


Ağdam rayonunun taxılçıları bu günədək 3488 hektar sahədə biçin aparıblar

Ağdam, 17 iyun, AZƏRTAC

Ağdam rayonunda taxıl biçini davam edir. Biçinin vaxtında və itkisiz başa çatdırılması üçün bütün qüvvələr səfərbər edilib.

Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, Ağdamın işğal altında olmayan ərazilərində bu il 14 min 347 hektar sahədə payızlıq dənlilər becərilib. Bunun 12 min 92 hektarı buğda, 2255 hektarı arpadır. Bu günədək həmin sahələrin 3488 hektarında və ya 24,3 faizində itkisiz olaraq biçin aparılıb, 12 min 930 ton məhsul, o cümlədən 4935 ton buğda, 7995 ton arpa toplanıb. Hər hektarın məhsuldarlığı orta hesabla buğda zəmilərində 38 sentner, arpa sahələrində isə 36,5 sentnerdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.