REGİONLAR


Ağdam sakini: 28 illik həsrətdən sonra Ağdama qədəm qoymaq məni çox qürurlandırdı

Ağdam, 15 sentyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

28 ildən sonra Ağdama qədəm qoymaq məni çox qürurlandırdı. Doğma Ağdamıma gəldiyim üçün böyük fərəh və sevinc hissi keçirirəm.

Bunu AZƏRTAC-ın bölgə müxbirinə Ağdam şəhərinə səfər etmiş rayon sakini Nazilə Abbasova deyib. O bildirib ki, Ağdam respublikamızın iqtisadi, mədəni cəhətdən seçilən rayon mərkəzlərindən biri idi. Nazilə Abbasova Ağdamı belə dağılmış görsə də nikbindir. Çünki Ağdam yenidən tikiləcək, yenidən inkişaf edəcək.

“Ağdam şəhəri yerlə-yeksan edilib. Mənim işlədiyim icra hakimiyyətinin binasından əsər-əlamət qalmayıb. Ancaq şükürlər olsun ki, Prezidentimizin, ordumuzun sayəsində Ağdamımızın azad gününü gördük. Həmişə deyirdik, gün o gün olsun, Ağdama qayıdaq. İndi bu arzumuz yerinə yetib, biz Ağdama qayıtmışıq. İnanıram ki, Ağdam tezliklə yenidən qurulacaq. Ağdamın ağ günləri yenidən başlayacaq”, - deyə N.Abbasova bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.