REGİONLAR


Ağdam sakini: Azərbaycan əsgərinin uğurları hər birimizdə böyük ruh yüksəkliyi yaradıb

Ağdam, 28 sentyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Azərbaycan Ordusu cəbhədə Ermənistanın növbəti təxribatlarının qarşısını qətiyyətlə alır və düşmənin hərbi mövqelərinə atəşlər, zərbələr endirir. Ordumuz, eyni zamanda, əks-həmlə əməliyyatı ilə işğal altında olan bir sıra kəndlərimizi, yüksəklikləri azad edib. Azərbaycan əsgərinin bu uğuru bütün xalqımız kimi, cəbhə zonasında yaşayan sakinlərdə də böyük ruh yüksəkliyi yaradıb.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Ağdam rayonunun Xındırıstan kənd sakini Namiq Mahmudov deyib.

Namiq Mahmudov bildirib ki, düşmənin cəbhəyanı kəndləri atəşə tutmasına baxmayaraq, əhalinin əhval-ruhiyyəsi yüksəkdir. Çünki Azərbaycanın güclü ordusu, qətiyyətli Ali Baş Komandanı var.

“Gördüyünüz kimi, düşmən yaşayış məntəqələrini atəşə tutur. Lakin bu bizi qorxutmur. Biz kəndimizdəyik. Çünki öz torpağımızdayıq və ordumuza güvənirik. Biz cəbhə bölgəsinin sakinləri Azərbaycan Ordusunun, Azərbaycan əsgərinin qələbəsinə inanırıq, işğal altında olan torpaqlarımızın azadlığı uğrunda döyüşə hər an hazırıq. Əminik ki, qələbəmiz yaxındadır”, - deyə Ağdam rayon sakini bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.