REGİONLAR


Ağdam sakini: Yurdumuza qovuşduğumuz üçün sevinirik, qürur hissi keçiririk

Ağdam, 26 sentyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Mən 28 il bundan əvvəl Ağdamdan çıxanda bura gözəl, inkişaf etmiş bir şəhər idi. İndi gördüklərimdən dəhşətə gəldim. Sanki burdan hər hansı bir vəhşi qəbilə keçib. Heç atom bombası atılan yer də belə olmaz.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Ağdam şəhər sakini Rafiq Aslanov deyib.

R.Aslanov Ağdamla bağlı gözəl xatirələrinin olduğunu, doğma şəhərini bir gün belə unutmadığını, hər gün xəyalında, yuxularında buranı gəlib gəzdiyini bildirib: “Ağdamda tikinti idarəsində işləyirdim. Evimiz Əşrəf Əliyev küçəsində beşmərtəbəli binada idi. Ömrümün ən xoş günləri doğma şəhərimda keçib. İndi bu şəhərdən də, evimizdən də əsər-əlamət yoxdur. Evimizin bir daşı belə qalmayıb. Ancaq buna üzülmürəm. Əsas odur ki, torpağımız azad edilib. Yurdumuza qovuşduğumuz üçün sevinirik, qürur hissi keçiririk. Bu sevinci, bu qüruru bizə bəxş edən Prezidentimizə, ordumuza təşəkkürümü bildirirəm”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.