REGİONLAR


Ağdam şəhərində inşa edilən məktəb binası 960 şagird yerlik olacaq

Ağdam, 27 yanvar, AZƏRTAC

İşğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Ağdam şəhərinin də yenidən qurulması işləri davam etdirilir. Ağdam şəhərindəki ilk tikintilərdən biri 960 şagird yerlik 1 nömrəli məktəbdir. Tikintidə sahə rəisi Samir Pirmətov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, iki hektar ərazidə inşa edilən məktəb binası üçmərtəbəli olacaq. Məktəb binasında sinif otaqları, laboratoriya və fənn kabinələri, akt zalı, yeməkxana yaradılacaq. Bina istilik, elektrik və müşahidə sistemləri ilə təmin ediləcək. Məktəbin həyətində futbol və basketbol meydançaları yaradılacaq, nasosxana, qazanxana, içməli və yanğın su hovuzları inşa ediləcək.

Artıq binanın təməli üçün qazıntı işləri yekunlaşıb. Hazırda kipləşmə və betona hazırlıq işləri həyata keçirilir. Binanın tikintisinin bu ilin sonunda yekunlaşdırılması nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.