REGİONLAR


Ağdam şəhərində mərkəzi istilik sistemi yaradılacaq

Ağdam şəhərində mərkəzi istilik sistemi yaradılacaq

Ağdam, 16 fevral, T.Ağaməmmədov, AZƏRTAC

Ağdam şəhərinin infrastrukturunun yaradılması istiqamətində işlər davam etməkdədir. 59 kilometrlik şəhərdaxili yolların və müvafiq kommunikasiya xətlərinin layihələri hazırlanaraq ekspertizaya təqdim olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Şəhərsalma məsələləri üzrə İşçi qrupunun Ağdamda keçirilən iclasında “Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin icraçı direktoru Övsət Həmidov bildirib.

Onun sözlərinə görə, Qarabağ iqtisadi rayonunun “yaşıl enerji” zonası elan olunması ilə əlaqədar olaraq Ağdam şəhərində mərkəzi istilik sisteminin yaradılması qərara alınıb: “Bununla əlaqədar artıq qazanxana konsepsiyası işlənib, müvafiq hesabatlar aparılıb və aidiyyəti qurumlardan mərkəzi istilik sisteminin tətbiqi ilə bağlı müsbət rəylər alınıb. Artıq qazanxana layihəsinin işçi layihələrinin hazırlanması üçün müqavilə bağlanılıb”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.