REGİONLAR
Ağdam taxılçıları bu günədək 6166 hektarda səpin aparıblar
Ağdam, 14 noyabr, AZƏRTAC
Ağdam rayonunun təsərrüfatlarında payız-tarla işləri davam etdirilir. Rayonun taxılçıları gələn ilin məhsulunun əsasını qoyurlar.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, bu günədək 15 min 133 hektar sahədə payızlıq şum qaldırılıb. 6166 hektarda payızlıq dənlilər səpilib ki, onun da 5355 hektarı buğda, 811 hektarı dən üçün arpadır. Ötən ilin müvafiq dövrü ilə müqayisədə payızlıq dənlilərin səpini 18,9 faiz, o cümlədən buğda səpini 19,1 faiz, arpa səpini 17,4 faiz çoxdur.
Kənd əməkçiləri payız səpinini vaxtında başa çatdırmaq üçün səylə çalışırlar. Səpin işlərinin aparılması üçün rayonda lazımi qədər kənd təsərrüfat texnikası və toxum ehtiyatı mövcuddur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]