İQTİSADİYYAT


“Ağdam” və “Araz Vadisi İqtisadi Zonası” Sənaye parklarında 18 müəssisə qeydiyyata alınıb

“Ağdam” və “Araz Vadisi İqtisadi Zonası” Sənaye parklarında 18 müəssisə qeydiyyata alınıb

Bakı, 17 mart, AZƏRTAC

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında “Ağdam” və “Araz Vadisi İqtisadi Zonası” Sənaye parklarında ümumilikdə 18 sənaye müəssisəsi qeydiyyata alınıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Milli Məclisin plenar iclasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabatın təqdimatı zamanı bildirib.

“Burada layihələrin həyata keçirilməsinə ümumilikdə 106 milyon manata yaxın sərmayə qoyuluşu nəzərdə tutulur, 800-dən çox yeni iş yerlərinin açılması planlaşdırılır”, - deyə Baş nazir diqqətə çatdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.