İQTİSADİYYAT


Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarına 138 milyon manat investisiya yatırılması nəzərdə tutulur

Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarına 138 milyon manat investisiya yatırılması nəzərdə tutulur

Bakı, 29 mart, AZƏRTAC

Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarında (Cəbrayıl) qeydiyyata alınmış 24 layihə üzrə 138 milyon manatdan çox investisiyanın yatırılması nəzərdə tutulur.

AZƏRTAC xəbər verir ki, hazırda sənaye parklarında 18 rezident, 6 qeyri-rezident qeydiyyata alınıb. Bu rezidentlər tərəfindən ümumilikdə Ağdam Sənaye Parkına 117 milyon manat, “Araz Vadisi İqtisadi Zonası” sənaye parkına 21 milyon manat investisiya qoyulacaq ki, bunun da nəticəsində 1300-ə yaxın iş yerinin yaradılması planlaşdırılır. Ağdam Sənaye Parkında əsasən tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının email və qablaşdırılması, “Araz Vadisi İqtisadi Zonası”nda isə əsasən logistika mərkəzinin yaradılması, gömrük terminalının qurulması, avadanlıq və texnikaların təmiri mərkəzi, topdansatış və pərakəndə anbarlarının tikilməsi və satışının həyata keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Ağdam Sənaye Parkı üçün 190 hektar, “Araz Vadisi İqtisadi Zonası” üçün 200 hektar ərazi ayrılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.