REGİONLAR


Ağdam və Füzulinin kəndlərinin, eləcə də Talış kəndinin yenidən qurulmasına başlanılır

Ağdam, 27 sentyabr, A.Yavərzadə, AZƏRTAC

Ağdam şəhəri, Qarabağın işğaldan azad edilən hər bir bölgəsi tezliklə bərpa olunacaq. Biz bu günləri qürurla qeyd etməli, şəhidlərimizin xatirəsini əziz tutmalı, keçmişimizi, tariximizi unutmamalıyıq.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.

Qarabağ iqtisadi rayonunda həyata keçirilən bərpa və yenidənqurma işlərinin uğurla icra olunduğunu söyləyən Emin Hüseynov deyib: “Artıq bir sıra layihələr son mərhələdədir. Bundan sonra işlərimiz daha da sürətlənəcək, şəhərin mərkəzində bərpa və yenidənqurma işlərinə başlayacağıq. Eyni zamanda, həm Ağdam, həm də Füzuli rayonlarında kəndlərin bərpasına start verilir. Tərtər rayonunun Talış kəndinin də yenidən qurulmasına başlanılır. Yaxın günlərdə Xocavənd rayonunda da işlərə başlayacağıq. Bütün tədbirlər planlı, məqsədyönlü, sistemli və qrafikə uyğun həyata keçirilir. Dövlətimiz bütün bu işləri öz gücü ilə edir. Əminəm ki, bu işlərin hər biri vaxtlı-vaxtında, yüksək səviyyədə icra olunacaq”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.