REGİONLAR


Ağdam ziyalısı: Bu sevincli günlərimiz heç vaxt yaddan çıxmayacaq

Ağdam, 6 sentyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

İnsan həyatda çox hadisələrlə qarşılaşır. Mən ömrümdə indiki qədər həyəcanlı, xoş hisslər keçirməmişəm. 30 ilə yaxın işğal altında olan torpaqlarımızın azad edilməsi qürurvericidir. Prezidentimiz bizə öz doğma yurdumuzu bəxş etdi. İllər sonra yenidən Ağdamdayıq. Bu sevincli günlərimiz heç vaxt yaddan çıxmayacaq.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə 28 ildən sonra Ağdam şəhərinə səfər edən rayon ziyalısı Həsən Əliyev söyləyib.

O deyib: “Ağdam işğal olunan dövrdə rayon icra hakimiyyətində işləyirdim. Mən Ağdama səfər zamanı doğma şəhərimin bir çox yerlərinə, o cümlədən on il çalışdığım Ağdam Rayon İcra Hakimiyyətinin binası olan əraziyə baş çəkdim. Bina yerlə-yeksan edilib. Bu mənzərəni görmək mənə çox pis təsir etdi. Artıq torpaqlarımız azad edilib, biz Ağdama qayıtmışıq. İndi irəliyə - Ağdamın firavan gələcəyinə baxmalı, onu yenidən qurub-yaratmalıyıq”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.