REGİONLAR


Ağdamda 10 milyonuncu sakinin dünyaya gəlməsi konsert və ağacəkmə aksiyası ilə qeyd olunub

Ağdam, 9 aprel, Tahir Ağaməmmədov, AZƏRTAC

Respublikamızın 10 milyonuncu sakininin Ağdam rayon sakinləri Rauf Həsənovun və Nigar Ocaqovanın ailəsində dünyaya gəlməsi bütün ölkə vətəndaşları kimi ağdamlıların da böyük sevincinə səbəb olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əlamətdar hadisə münasibətilə Ağdam rayonunun girişindəki Soltanbud təpəsində ağacəkmə aksiyası keçirilib, rayonun yaşayış məntəqələrində konsert proqramları təşkil olunub.

Quzanlı qəsəbəsindəki Muğam Mərkəzində keçirilən konsert cəbhə bölgəsinin sakinlərində bayram əhval-ruhiyyəsi yaradıb. Rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənov Azərbaycanda müsbət demoqrafik şəraitin bərqərar olmasını ölkəmizdə aparılan uğurlu sosial-iqtisadi siyasətin nəticəsi kimi qiymətləndirib və rayon sakinlərini təbrik edib.

Tədbir iştirakçıları rayonun incəsənət və mədəniyyət kollektivlərinin bir-birindən maraqlı ifalarını izləyib, şən mahnılarını dinləyiblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.