REGİONLAR


Ağdamda 14 min 134 hektarda payızlıq səpin aparılıb

Ağdam, 5 dekabr, AZƏRTAC

Ağdam rayonunun təsərrüfatlarında payız-tarla işləri davam etdirilir. Rayonun taxılçıları gələn ilin məhsulunun əsasını qoyurlar.

Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, bu günədək rayon üzrə 17 min 426 hektar payızlıq şum qaldırılıb. 12 min 524 hektarda payızlıq dənlilər, o cümlədən 10 min 772 hektarda buğda, 1752 hektarda dən üçün arpa, həmçinin 1610 hektarda yaşıl yem üçün xəsil əkilib.

Kənd əməkçiləri payız səpinini vaxtında başa çatdırmaq üçün səylə çalışırlar. Səpin işlərinin aparılması üçün rayonda lazımi qədər kənd təsərrüfatı texnikası və toxum ehtiyatı mövcuddur.

Qeyd edək ki, 2018-ci ilin ötən dövründə Ağdam rayonunda 52 min 160 ton taxıl, 275 ton dən üçün qarğıdalı, 6,8 ton günəbaxan dəni, 98 min 469 ton tərəvəz, 2 min 570 ton bostan məhsulları, 5 min 923 ton kartof, 20 min 204,5 ton şəkər çuğunduru, 4 min 65 ton meyvə, 397 ton üzüm istehsal olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.