REGİONLAR
Ağdamda 4454,6 ton pambıq tədarük olunub
Ağdam, 29 oktyabr, AZƏRTAC
Cari ilin məhsulu üçün 3100 hektar sahədə pambıq becərən ağdamlı fermerlər və torpaq mülkiyyətçiləri hazırda məhsul yığımını davam etdirirlər. Tarlalardan hər gün 240 tondan çox "ağ qızıl" toplanır.
Ağdam Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, bu günə qədər tarlalardan 4454,6 ton məhsul yığılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 131,8 ton və ya 3 faiz çoxdur. Pambığın 85 faizindən çoxu maşınlarla yığılıb. Yığılan pambıq “MKT İstehsalat Kommersiya” MMC, “Azərpambıq” MMC, “P-Aqro” MMC-yə və fərdi qaydada olan pambıq qəbulu məntəqəsinə təhvil verilir.
Ötən il 3005 hektarda pambıq becərən Ağdam pambıqçıları tarlalardan 6173,26 ton məhsul tədarük ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]