REGİONLAR


Ağdamda 4 cəbhəyanı kəndi əhatə edən yollar yenidən qurulur

Bakı, 19 fevral, AZƏRTAC

Cari ildə Ağdam rayonunda 4 cəbhəyanı kəndi birləşdirən yolların əsaslı şəkildə bərpası nəzərdə tutulur.

Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, bu, IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulan və ümumi uzunluğu 5,6 kilometr olan yerli əhəmiyyətli Kolqışlaq-Mirəşelli və Əhmədağalı-Çıraxlı avtomobil yollarıdır. Yenidənqurma işlərinin əhatə etdiyi ərazinin sahəsi 50 min kvadratmetrdən çoxdur. Tikinti norma və standartlarına uyğun olaraq hazırda yollar boyu torpaq işləri aparılır, yolun mövcud dağılmış örtüyü sökülür, yol əsasının və yatağın deformasiyaya uğramış yararsız qruntunun qazılaraq çıxarılması, əvəzinə yararlı karxana çınqılı ilə əks-dolğu və kipləşdirmə işləri görülür.

Zəruri olan yerlərdə avtobus dayanacaqları, hərəkətin normal təşkili üçün isə yol nişanlarının, siqnal dirəklərinin və kilometr göstəricilərinin quraşdırılması, yol-cizgi və yolgöstərici xətlərinin çəkilməsi nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.