REGİONLAR


Ağdamda 9523 hektarda yazlıq səpin aparılıb

Ağdam, 12 iyun, AZƏRTAC

Cəbhə bölgəsində yerləşən Ağdam rayonunda kəndli fermerlər və torpaq mülkiyyətçiləri 9522,9 hektar sahədə yazlıq səpin aparıblar.

Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, yazlıq əkinlərin 2600 hektarı pambıq, 4497 hektarı tərəvəz, 309,4 hektarı şəkər çuğunduru, 373 hektarı kartof, 146 hektarı bostan bitkiləri, 39,5 hektarı qarğıdalı, 5 hektarı dən üçün günəbaxan, 1553 hektarı çoxillik otlardır.

Hazırda ağdamlı fermerlər yazlıq əkinlərdə becərmə işlərini davam etdirir, torpağa və bitkilərə lazımi aqrotexniki qulluq göstərirlər.

Rayonda, həmçinin arpa biçininə də start verilib. Bütün qüvvələr strateji məhsulun itkisiz yığılmasına səfərbər olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.