Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Ağdamda Beşinci Beynəlxalq Həmzə Nigari Simpoziumu keçirilib

Ağdam, 19 may, AZƏRTAC

Mayın 17-19-da Ağdam rayonunun Quzanlı qəsəbəsində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı, “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Türkiyə Cümhuriyyəti Amasiya Universiteti və Ağdam Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 2022-ci il “Şuşa İli”nə həsr edilən Beşinci Beynəlxalq Həmzə Nigari Simpoziumu keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iştirakçılar əvvəlcə Ağdam şəhərində ümummilli lider Heydər Əliyevin xatirə-abidəsini və Şəhidlər xiyabanını ziyarət ediblər.

Açılış mərasimində əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Şəhidlərimizin və Həmzə Nigarinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi İdarə Heyətinin üzvü, layihənin rəhbəri Şəhla Xəlilli açaraq, Simpoziumun Elmi və Təşkilat Komitəsi adından iştirakçıları salamlayıb, simpozium haqqında qısa məlumat verib. Bildirib ki, Amasiya (2012), Bakı-Qazax (2014), Şamaxı (2017), Amasiya-Merzifon-Suluova (2018) şəhərlərində keçirilən Beynəlxalq Həmzə Nigari Simpoziumunun beşincisinin Ağdam rayonunun Quzanlı qəsəbəsi və Qarapirimli kəndində təşkil olunması mühüm və mənalı hadisədir. O, gələn Simpoziumun Qarabağ həsrətli şairin, övliyanın doğulub boya-başa çatdığı Laçın rayonunun Cicimli kəndində keçirilməsini arzulayıb.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Azərbaycanın islam və sufizm tarixindən danışıb, Həmzə Nigarinin övliya və şair şəxsiyyətindən bəhs edib, onun Qarabağa bağlılığının Qarabağ həsrətli şeirlərindən göründüyünü deyib. Həmçinin əsərlərinin Qafqaz və Anadoluda geniş yayıldığını, Türkiyənin Amasiya şəhərində azərbaycanlıların həmrəyliyində onun rolunu vurğulayıb. Simpoziumun Həmzə Nigarinin yetişdiyi Qarapirimli kəndində də təşkil edilməsinə diqqət çəkərək, Həmzə Nigari irsini araşdıranlara və təbliğ edənlərə minnətdarlıq edib. O, Qarapirimli ocağının öyrənilməsi və tarix-mədəniyyət abidəsi kimi bərpa edilməsinin əhəmiyyətindən danışıb.

Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov bildirib ki, Qarabağda dünyaya göz açan və bütün Şərqə öz ədəbi fəlsəfi yaradıcılığı ilə nur saçan, Qarabağ sevgisini tərənnüm edən Seyid Mir Həmzə Nigariyə həsr olunan Beşinci Beynəlxalq Elmi Simpozium məhz Ağdamda Quzanlı qəsəbəsində keçirilməsinə ev sahibliyi etməkdən çox məmnunuq. "Qarabağ qara bağrımdır" deyən və Qarabağın həsrəti, nisgili ilə alışıb yanan bir şairin, övliyanın ruhunun bu gün çox rahat olduğunu vurğulayıb. Çünki, onun doğulduğu Laçın rayonunun Cicimli kəndi, dərs aldığı Ağdam rayonunun Qarapirimli kəndi, ədəbi məclislərinə qatıldığı Şuşa şəhəri, qohumlarının, əzizlərinin yaşadığı Qubadlı rayonunun Mirlər kəndi Müzəffər Ali Baş Komandanımızın və Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində artıq azaddır.

Sonra Amasiya Universitetinin rektoru Süleyman Elmacı, AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun direktoru Abbas Seyidov, Laçın rayonunun Cicimli kəndi ziyalısı Şikar Qasımov, Həmzə Nigarinin qohumları adından Xəyalə Həmidova, Amasiya Azərbaycan Türkləri Kültür və Sanat Dayanışma Dərnəyi adından Muttalip Ulutanrıverdi çıxış ediblər.

AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu Albanşünaslıq Elmi Mərkəzinin rəhbəri Qafar Cəbiyev "Qarabağ - qədim insanın təşəkkülü və mədəniyyətlərin təkamülü diyarı", AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi Nəzakət Məmmədli "Mir Həmzə Nigarinin eşq fəlsəfəsi", Türkiyə Cümhuriyyəti Amasya Universiteti Fənn-Ədəbiyyat fakültəsinin müəllimi Metin Hakverdioğlu "Müctəhid-zadə Mehmet Ağa (Müştəri) Divanında Qarabağ şeirləri", “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri Fariz Xəlilli "Qarabağ və Şərqi Zəngəzur irsini sənədləşdirmə məsələləri" mövzusunda açılış məruzələri söyləyiblər.

Simpozium bədii hissə ilə davam edib.

Mayın 18-də Simpozium Quzanlı qəsəbəsi Heydər Əliyev Mərkəzində dörd bölmədə işini davam etdirib. Simpoziumda Azərbaycan, Türkiyə, İtaliya, İran, Rusiya, Qazaxıstan, Özbəkistan, Şimali Makedoniya kimi ölkələrdən 200-dən çox alim və tədqiqatçının Həmzə Nigari, İsmayıl Şirvani, Nəqşibəndilik, Xəlvətilik, Sufizm, İslam, Türk dünyası, Qafqaz, Qarabağ, Şuşa şəhəri, Bərpa və konservasiya, Ədəbiyyat, Sənətşünaslıq araşdırmaları kimi mövzularda məruzələri dinlənilib. Simpozium günlərində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələrinin Qarabağa və Həmzə Nigariyə həsr etdiyi rəsm və dekorativ işlərinin sərgisi nümayiş olunub.

Mayın 19-da Simpozium iştirakçıları işğaldan azad olunmuş Ağdam şəhəri və Ağdam rayonunun kəndlərində tarix-mədəniyyət abidələrini, o cümlədən Qarapirimli kəndindəki Qarapirimli xanəgahı və Nigar nənə türbəsini ziyarət ediblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yaşıl dünya naminə həmrəy Azərbaycan

® “AlatBay” Logistik Mərkəzi “Edge Advanced Green” sertifikatına layiq görülüb

Azərbaycan neftinin qiyməti 88 dollara enib

Polis 6 kiloqramdan çox narkotik vasitə aşkar edib

Xankəndidə silah-sursat aşkarlanıb

Axtarışda olan 80 nəfər saxlanılıb

Göyçayda vətəndaşlardan avtomat və tüfənglər götürülüb

Salyanda minik avtomobilləri toqquşub, yaralılar var

Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb

Azərbaycanla KAICIID-in gələcək əməkdaşlıq imkanları müzakirə olunub

Zərdabda sənədsiz silahlar aşkar edilib

Avropanın ən təhsilli xalqları Şimal zonasında yaşayır

Qubada yerin təkindən qanunsuz istifadə ilə bağlı tədbir keçirilib

ABŞ İsrailin İrana hücumu barədə məlumatlandırılıb

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

Kürdə batan atanın meyiti tapılıb, 6 yaşlı qızı hələ də axtarılır

Mali frankdan imtina etmək istəyir

Dubay aeroportu fəaliyyətini qismən bərpa edib

Fransanın daxili işlər naziri zorakılığa məruz qalıb

Pakistandan Əfqanıstana deportasiya edilmiş təxminən 250 min uşağın yardıma ehtiyacı var

Xınalıq – dağlar qoynunda bənzərsiz irs muzeyi

Yaşar Gülər: Tam müstəqil müdafiə sənayesi - günün tələbidir

Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Parisdə islamofobiya əleyhinə yürüşə icazə verilməyib

Avropa Liqasında bütün yarımfinalçılar müəyyənləşib

Konfrans Liqası: "Fənərbağça" yarımfinala vəsiqə qazana bilməyib

Konfrans Liqası: Yarımfinala vəsiqə qazanan üçüncü komanda bəlli olub

Avropa Liqası: Yarımfinala vəsiqə qazanan üç komanda bəlli olub

Səadət Kərimi: Hədəfim peşəkar tərcüməçi olmaq, Azərbaycan irsini tanıtmaqdır

AZAL Bakıdan Kəraçiyə ilk reysini həyata keçirib

Fərid Qayıbov ABŞ-də BMT-nin Gənclər Forumunda çıxış edib

Konfrans Liqası: "Aston Villa" penaltilər seriyasında "Lill"i məğlub edərək yarımfinala yüksəlib

Konfrans Liqası: "Fiorentina" yarımfinala vəsiqə qazanıb

Azərbaycan səfiri Prezident İlham Əliyevin məktubunu İsveç Baş Nazirinin Ofisinə təqdim edib

IRENA Assambleyasının 14-cü sessiyası işini panel sessiyaları ilə davam etdirir

Kopenhagendə yanan tarixi birjanın fasadı uçub

ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub

Avropa Şurası Nazirlər Komitəsinin sədri: Azərbaycan nümayəndə heyəti tezliklə Parlament Assambleyasında öz layiqli yerinə qayıdacaq

Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edib

Türkiyədə baş verən zəlzələ nəticəsində bir neçə tikiliyə ciddi zərər dəyib

Rəsmi Parisin ölkəmizdəki səfirini geriyə çağırmasının əsas səbəbləri - ŞƏRH

“Tarixi abidələr uşaqların gözü ilə” – rəsm sərgisi

"Abşeron" "qızıl set"də "Murov Az Terminal"a qalib gələrək finala yüksəlib

Potsdam Universiteti: İqlim dəyişikliyi qlobal iqtisadiyyatı təhdid edir

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Albaniyada ali səviyyəli toplantısı keçiriləcək

Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş rəsm sərgisi açılıb

Türkiyədə zəlzələ olub

“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda abidələr və tarixi yerlər günü qeyd olunub - FOTO

Yeni Kaledoniya Konqresinin nümayəndə heyətinin ölkəmizə səfərinin yekunlarına dair mətbuat konfransı təşkil olunub

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda elmi konfrans keçirilib  YENİLƏNİB

Azərbaycan Vəkillər Kollegiyasının sədri Tbilisidə keçirilən konfransda COP29-un beynəlxalq əhəmiyyətindən danışıb

İndoneziya hökuməti vulkan püskürməsindən sonra sunami ehtimalı barədə xəbərdarlıq edib

Politoloq: Fransa səfirinin geri çağırılması bu ölkədə diplomatiya səviyyəsinin aşağı düşməsinin əlamətidir – ŞƏRH

Yaxın Şərqin ən qədim mədəniyyət ocaqlarından biri – Naxçıvan

Böyük Britaniya və ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

Qazaxıstanda sel səbəbindən 634 neft quyusunun istismarı dayandırılıb

SOCAR və “ACWA Power” şirkətləri “Aşağı karbonlu/ Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcəklər

Gürcüstanda torpaq sürüşməsi baş verib

Milli Məclisin Aqrar siyasət komitəsində ictimai dinləmə keçirilib

MDB PA-nın iclasında model qanun yaradıcılığının perspektiv planına təkliflər nəzərdən keçirilib

Avropa şirkəti “Şimal axını” boru kəmərinin partlamasına görə kompensasiya ödəməkdən imtina edib

Avstriyalı sərmayədarlar Azərbaycanda fəal işbirliyinə dəvət olunublar

® “Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir

AzTU tələbələri Azərbaycanı Portuqaliyada təmsil ediblər

İranlı narkotacirin Azərbaycandakı narkokuryerində 12 kiloqram marixuana aşkarlanıb

Aprel döyüşlərinin son şəhidi polkovnik-leytenant Sənan Axundovun xatirəsi anılıb

ADPU-da türk professorun məruzəsi dinlənilib

COP29 çərçivəsində AQEM-lə tərəfdaşlıq imkanları müzakirə edilib

Naxçıvanda akademik Rəhim Rəhimovun 100 illik yubileyi qeyd edilib

Hacıqabulda qatarın vurduğu qadın ölüb YENİLƏNİB VİDEO

Respublika Pediatriya Mərkəzi yaradılıb

Polşa şirkətlərinə Azərbaycanın investisiya potensialı təqdim olunub

MEK-in fondunda 3 minə yaxın şəhidin məlumatı sənədləşdirilib

Qərb bölgəsində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub VİDEO

Əqli Mülkiyyət Agentliyi: Tələbələrə iddia sənədlərinin tərtib edilməsində kömək göstərilib

“Rəqəmsallaşma və biznesin idarə edilməsində süni intellekt inqilabı” - UNEC-də beynəlxalq konfrans keçirilir

Yeni kaledoniyalı parlamentari: COP29-un dünyada iqlim dəyişiklikləri istiqamətində mövcud problemlərin həllinə töhfə verəcəyinə inanıram VİDEO

“Şəxsi arxivlərin kataloqlaşdırılması və təsvir prinsipləri” - mühazirə

“Məktəblinin dostu” layihəsinin fəaliyyətinə dair elmi araşdırmanın təqdimatı keçirilib

“Ədibin Evi”ndə “Nizami Gəncəvinin söz kainatı” mövzusu müzakirə olunub

Kaledoniyalı tarixçi: Fransanın assimilyasiya siyasəti aparmasına imkan verməyəcəyik

Tarixi abidələrimiz keçmişimizdən gələcəyə bir körpüdür

Tanışını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Rəşad Nəbiyev Ağdaşda şəhid ailəsini ziyarət edib

Paytaxtda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb

Kaledoniyalı senator: İnanırıq ki, Azərbaycanla imzaladığımız memorandum sayəsində Fransa öz siyasətindən çəkinəcək VİDEO

Kənd təsərrüfatı naziri: Türkiyə ilə aqrar sahədə əməkdaşlıq Qarabağ və Şərqi Zəngəzur üçün də vacibdir

Omayra Naiselin: Müstəqillik uğrunda müxtəlif istiqamətlərdə mübarizə aparırıq VİDEO

Aqrar sahədə Türkiyə və Azərbaycan əməkdaşlığının perspektiv istiqamətləri müəyyən edilib

Kişi voleybolçuların Yüksək Liqasında ikinci finalçı bəlli olub

Kaledoniyalı parlamentari: Azərbaycan bizim üçün həqiqi bir nümunədir

Aİ ölkələri arasında Rusiyadan ən çox qaz alan dövlət Fransadır

Qaraciyər xəstəliklərinin müalicəsinə kömək edə bilən muncuqlar hazırlanıb

Lənkəranda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib

Sahibə Qafarova: Fransa tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqaz regionunda da davam etdirmək niyyətindədir

Bloomberg: Rusiya sanksiyalardan yayınmaq üçün nəqliyyat dəhlizlərinin modernləşməsinə 25 milyard dollar sərmayə yatırmağa hazırlaşır

BDU aliminin yeni monoqrafiyası nəşr olunub

Kreml Fransanın mülkiyyət hüququnu pozmaqda ittiham edib

“İraq türkmanlarının ictimai, siyasi və fəlsəfi görüşləri” - dəyirmi masa

Azərbaycan ilə Çin baş prokurorluqları arasında hüquqi sahədə əməkdaşlıq genişlənir