REGİONLAR


Ağdamda “Vətən bizə oğul dedi” kitabının təqdimatı olub VİDEO

Ağdam, 3 noyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Ağdam Dövlət Sosial-İqtisadi Kollecində “Vətən bizə oğul dedi” kitabının təqdimatı olub. İqtisad üzrə elmlər doktoru professor Natiq Cavadovun ideya müəllifi, Əməkdar jurnalist, “Ağdam” qəzetinin redaktoru Baxşeyiş Abbasoğlunun redaktoru olduğu kitab kollecin Vətən müharibəsində igidlik göstərərək şəhid və qazi olmuş məzunlarına və tələbələrinə həsr edilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ağdam Rayon İcra Hakimiyyətinin əməkdaşlarının, şəhid ailələrinin, qazilərin, veteranların, Ağdam Dövlət Sosial-İqtisadi Kollecinin müəllim və tələbələrinin, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə əvvəlcə kollecin həyətində Vətən müharibəsi şəhidlərinin adına inşa edilmiş xatirə lövhəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.

Tədbirdə respublikamızın ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib.

Ağdam Dövlət Sosial-İqtisad Kollecinin direktoru Natiq Cavadov çıxış edərək, 44 günlük Vətən müharibəsindən, 30 ilə yaxın işğal altında olan torpaqlarımızın Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz tərəfindən azad edilməsindən danışıb. Bildirib ki, Vətən müharibəsində Ağdam Dövlət Sosial-İqtisadi Kollecinin məzunları, müəllim və tələbələri də torpaqlarımızın erməni işğalından azad olunmasında iştirak edib. Kitabda kollecin Vətən müharibəsində iştirak edərək şəhid olmuş 6 məzunu və müharibə iştirakçısı olmuş 24 nəfər müəllim, məzun və tələbələri haqqında yazılar dərc olunub.

Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov çıxışında kitabın təqdimat mərasiminin əlamətdar tarixi dövrə təsadüf etdiyini bildirib, iştirakçıları qarşıdan gələn Zəfər Günü münasibətilə təbrik edib. Qeyd olunub ki, 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuz 30 ilə yaxın işğal altında olan torpaqlarımızı azad etməklə tarixi Qələbə qazanıb. İstər Birinci Qarabağ müharibəsində, istərsə də Vətən müharibəsində torpaqlarımızın müdafiəsi və işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə Ağdam rayonunun qəhrəman oğulları da rəşadətlə vuruşub, şəhidlik zirvəsinə yüksəliblər. Vətən müharibəsində qazanılan Qələbə şəhidlərimizin canı, qazilərimizin qanı hesabına qazanılıb, hərbçilərimizin rəşadəti sayəsində əldə olunub. Tarixi Zəfərin qazanılması ilə ümummilli lider Heydər Əliyevin bizə miras qoyduğu müstəqil Azərbaycanın ərazi bütövlüyü təmin olunub və tarixi ədalət bərpa edilib. Torpaqlarımızın işğaldan azad edilməsi ilə həm də bizim milli qürurumuz bərpa edilib. Bu gün biz xalq olaraq, azərbaycanlı olaraq hamımız qürurluyuq, başımızı dik tuturuq. 44 günlük qəhrəmanlıq savaşımız tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacaq.

Tədbirdə çıxış edən “Ağdam” qəzetinin redaktoru Baxşeyiş Abbasoğlu Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi işğalçılıq siyasətindən, xalqımızın başına gətirilən faciələrdən, Azərbaycan oğullarının Vətənimizin müdafiəsi uğrunda mübarizəsindən, 44 günlük müharibədə Silahlı Qüvvələrimizin göstərdiyi qəhrəmanlıqlardan danışıb, şanlı Ordumuza həsr etdiyi şeiri söyləyib.

Təqdimat mərasimində Ağdam Rayon Ağsaqqallar Şurasının sədri Əvəz Mikayılov və şəhid ailələrinin üzvləri çıxış edərək kitab haqqında fikirlərini bildirib, şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Mərasimin sonunda şəhid ailələri və qazilərə “Vətən bizə oğul dedi” kitabı hədiyyə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.