REGİONLAR


Ağdamda “Zəfərin albomu” sənədli filminin təqdimatı olub

Ağdam, 19 iyun, AZƏRTAC

Ağdam Muğam Mərkəzində Rayon İcra Hakimiyyətinin dəstəyi, “Urfansoyfilm”in təşkilatçılığı ilə Elgün Rəhimovun ssenarisi əsasında çəkilmiş “Zəfər” ordenli polkovnik Baxşəli Məmmədova həsr edilmiş “Zəfərin albomu” sənədli filminin təqdimatı olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhid ailələrinin, qazilərin, müharibə veteranlarının və ictimaiyyət nümayəndələri iştirak etdiyi tədbirdə əvvəlcə ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

“Zəfərin albomu” filminin nümayişindən sonra Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov ekran əsəri haqqında fikirlərini bölüşüb, Vətən müharibəsində əldə olunmuş qələbənin təbliğ olunmasında və gənclərdə vətənpərvərlik duyğularının inkişaf etdirilməsində bu kimi filmlərin əhəmiyyətindən danışıb.

Tədbirin sonunda filmin qəhrəmanı Baxşəli Məmmədov və ssenari müəllifi Elgün Rəhimov rayon icra hakimiyyətinin fəxri fərmanı ilə təltif edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.