REGİONLAR


Ağdamda aqrar sektor üzrə məhsul buraxılışının həcmi artıb

Ağdam, 21 oktyabr, AZƏRTAC

Ağdam rayonunda 2021-ci ilin doqquz ayında aqrar sahədə məhsul buraxılışı ötən ilin eyni dövrü ilə müqayisədə 7 milyon 334 min manat artıb.

Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, cari ilin yanvar-sentyabr aylarında 121 milyon 858 min manat həcmində kənd təsərrüfatı məhsulu buraxılıb. Məhsul buraxılışının 81 milyon 716 min manatı bitkiçilik, 40 milyon 142 min manatı isə heyvandarlıq sahəsindən əldə edilib. Ötən illə müqayisədə artım bitkiçilikdə 5 milyon 183 min manat, heyvandarlıqda isə 2 milyon 151 min manat olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.