REGİONLAR


Ağdamda aztəminatlı ailələrə Qurban payları verilib

Ağdam, 13 avqust, AZƏRTAC

Milli-mənəvi həmrəyliyin, xeyirxah əməllərin, şəfqət və mərhəmət duyğularının rəmzi olan Qurban bayramı ilə əlaqədar Ağdam rayonunda xeyriyyə tədbiri keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qurbanlıq üçün seçilmiş iri və xırdabuynuzlu heyvanlar xüsusi baytar həkim briqadası tərəfindən müayinədən keçirilərək, şəriət qaydalarına uyğun kəsilib. 2500-dən çox ailəyə - Qarabağ müharibəsi əlillərinə, şəhid, aztəminatlı ailələrə qurban payları göndərilib.

Sakinlər göstərilən maddi və mənəvi dəstəyə görə dövlətimizin başçısına öz minnətdarlıqlarını bildiriblər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.