CƏMİYYƏT


Ağdamda çətənə bitkisi yetişdirən şəxslər saxlanılıb

Bakı, 24 may, AZƏRTAC

Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi və bu qanunsuz fəaliyyətlə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər uğurla davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-a bildirilib ki, daxil olmuş məlumat əsasında Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində çətənə bitkisi yetişdirməkdə şübhəli bilinən rayon sakinləri Umudvar Əsədov və Ramil Əliyev saxlanılıb.

U.Əsədovun yaşadığı ünvana baxış keçirilən zaman evindən 171 qrama yaxın qurudulmuş marixuana, 290 qrama yaxın çətənə toxumları, 5 ədəd tapança patronu, həyətyanı sahəsindən aqrotexniki qaydada qulluq edilmiş 172 ədəd çətənə kolu aşkarlanıb.

R.Əliyevin həyətyanı sahəsinə baxış keçirilən zaman isə oradan da aqrotexniki qaydada qulluq edilmiş 41 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Hər iki faktla bağlı Ağdam Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.