REGİONLAR


Ağdamda çətənə bitkisinin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb

Ağdam, 7 oktyabr, AZƏRTAC

“Xaş-xaş-2021” adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər uğurla davam etdirilir. Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həmin tədbirlər çərçivəsində xidməti ərazidə kultivasiya yolu ilə yetişdirilmiş narkotik tərkibli bitkilər aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, daxil olmuş məlumat əsasında polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayonun Güllücə kənd sakini Müşviq Qarayev saxlanılıb. Onun yaşadığı evə və evin həyətyanı sahəsinə baxış keçirilən zaman aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş 23 ədəd çətənə bitkisi, çəkisi 6 kiloqram 500 qram olan marixuana və 254 ədəd çətənə bitkisinin toxumları aşkar edilərək götürülüb.

Faktla bağlı Ağdam Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.