REGİONLAR


Ağdamda çiyid səpini başa çatmaq üzrədir

Ağdam, 1 may, Tahir Ağaməmmədov, AZƏRTAC

Cəbhə bölgəsində yerləşən Ağdam rayonunda fermer və torpaq mülkiyyətçiləri çiyid səpinini davam etdirirlər. Ağdam pambıqçıları artıq 2254 hektarda səpin həyata keçiriblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu il rayonda 2600 hektarda çiyid səpilməsi nəzərdə tutulub. Rayonda fəaliyyət göstərən “MKT İstehsalat Kommersiya” MMC, “Azərpambıq” MMC və “P-Aqro” MMC ilə bağlanan müqavilələrə əsasən, pambıq istehsalçıları lazımi texnika, toxum, gübrə və kimyəvi preparatlarla tam təmin edilirlər. Səpin işlərinin bir neçə günə başa çatdırılması nəzərdə tutulur.

Qeyd edək ki, 2018-ci ildə Ağdam rayonunda 3100 hektar sahədə pambıq əkilib, 5822,2 ton məhsul istehsal olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.