Ağdamda evdən pul və qızıl-zinət əşyaları oğurlayan şəxslər saxlanılıb
AzerTAg.az
Bakı, 15 yanvar, AZƏRTAC
Ağdam Rayon Polis Şöbəsinə müraciət edən rayon sakini ona məxsus fərdi yaşayış evindən 37 min 200 manat pulunun və 15 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə məlumat verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-a bildiriblər ki, müraciət əsasında dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Ağcabədi rayon sakinləri Tural Tağıyev, Anar Həsənov və Ehtiram İsmayıloğlu saxlanılıblar. Həmin şəxslərdən oğurladıqları pulun və qızıl-zinət əşyalarının bir qismi maddi sübut kimi aşkar edilərək götürülüb.
Faktla bağlı Ağdam Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.



Xəbərin mətnində orfoqrafik səhv var