REGİONLAR


Ağdamda heyvandarlıq məhsulları istehsalı artıb

Ağdam, 13 iyul, AZƏRTAC

Cəbhə bölgəsində yerləşən Ağdam rayonunda kənd təsərrüfatının aparıcı sahələrindən olan heyvandarlıq inkişaf edir. Əvvəlki illərdə olduğu kimi, bu ilin birinci yarısında da heyvandarlıq sahəsində uğurlu nəticələr əldə edilib. Mal-qaranın cins tərkibi daha da yaxşılaşıb, heyvandarlıq məhsulları istehsalında artım qeydə alınıb.

Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, 2020-ci il iyulun 1-i vəziyyətinə rayonda 42 min 37 baş qaramal olub. İribuynuzlu heyvanların sayı 2019-cu ilin müvafiq dövrünə nisbətən 2,6 faiz, o cümlədən inək və camışların baş sayı 0,8 faiz artıb. Bu ilin birinci yarısında rayonda diri çəkidə 2339,3 ton ət, 19 min 595,2 ton süd istehsal edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə diri çəkidə ət istehsalı 1,1 faiz, süd istehsalı 0,9 faiz artıb.

Heyvandarlıq məhsullarının istehsalının artmasında heyvanların baş sayının artımı ilə yanaşı, cins tərkibinin yaxşılaşdırılması da mühüm rol oynayır. Rayonda heyvandarlıq məhsulları istehsalının intensiv artmasına zəmin yaradan cins maldarlığın inkişafı üçün heyvanların süni mayalanması uğurla həyata keçirilir. 2020-ci ilin altı ayında 2233 baş inək və düyə süni yolla mayalandırılıb, 1303 baş cins tərkibi yaxşılaşdırılmış buzov alınıb.

Hazırda mal-qaranın yem bazasının yaxşılaşdırılması üçün biçin aparılmış taxıl sahələrində yem bitkilərinin təkrar əkinləri aparılmaqdadır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.