REGİONLAR


Ağdamda heyvandarlıq məhsullarının istehsalı artıb

Ağdam, 12 avqust, AZƏRTAC

Ağdam rayonunda kənd təsərrüfatının əsas sahələrindən olan heyvandarlıq stabil inkişaf edir. 2022-ci ilin yanvar-iyul aylarında da heyvandarlıq sahəsində uğurlu nəticələr əldə edilib. Mal-qaranın cins tərkibi daha da yaxşılaşıb, heyvandarlıq məhsulları istehsalında artım qeydə alınıb.

Ağdam rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, cari ilin yanvar-iyul aylarında rayonda ət istehsalı 28 min 66,7 ton olmaqla 3 faiz, süd istehsalı 24 min 726,2 ton olmaqla 5 faiz, yumurta istehsalı 11842 min ədəd olmaqla 5,3 faiz, yun istehsalı isə 203,4 ton olmaqla 0,3 faiz artıb.

Heyvandarlıq məhsullarının istehsalının artmasında heyvanların cins tərkibinin yaxşılaşdırılması mühüm rol oynayır. Rayonda heyvandarlıq məhsulları istehsalının intensiv artmasına zəmin yaradan cins maldarlığın inkişafı üçün heyvanların süni mayalanması uğurla həyata keçirilir. 2022-ci ilin yeddi ayında 3295 baş inək və düyələr süni mayalandırılıb, 1779 baş cins tərkibi yaxşılaşdırılmış buzov alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.