REGİONLAR
Ağdamda ilin birinci rübündə məhsul istehsalı 4,8 faiz artıb
Ağdam, 11 may, AZƏRTAC
Ağdam rayonunda 2022-ci ilin yanvar-mart aylarında iqtisadiyyatın əsas sahələrində məhsul istehsalı və xidmətlərin həcmi keçən ilin müvafiq dövrünə nisbətən 4,8 artaraq, 36 milyon 613,1 min manat olub.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Ağdam Rayon Statistika İdarəsindən məlumat verilib. Bildirilib ki, məhsul istehsalının 13 milyon 362,9 min manatı aparıcı sahə olan kənd təsərrüfatının payına düşür. Bu dövrdə 7 milyon 112,9 min manatı sənaye məhsulu istehsal edilib, 9 milyon 283,4 min manatlıq tikinti-quraşdırma işləri görülüb. Ümumi məhsulun 445,6 min manatı nəqliyyat və anbar təsərrüfatı, 203,8 min manatı informasiya və rabitə, 6 milyon 204,5 min manatı isə ticarət sektoru və nəqliyyat vasitələrinin təmiri hesabına olub.