Ağdamda ilin birinci yarısında məhsul istehsalı 57,5 faiz artıb
AzerTAg.az
Ağdam, 28 iyul, AZƏRTAC
Ağdam rayonunda 2022-ci ilin yanvar-iyun aylarında iqtisadiyyatın əsas sahələrində məhsul istehsalı və xidmətlərin həcmi ötən ilin müvafiq dövrünə nisbətən 57,5 faiz artaraq 170 milyon 157,3 min manat olub. Məhsul və xidmətlərin 93 faizi istehsal, 7 faizi xidmət sahələri üzrədir.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Ağdam Rayon Statistika İdarəsindən məlumat verilib. Bildirilib ki, ümumi məhsul buraxılışının 42,6 faizi aparıcı sahə olan kənd təsərrüfatının payına düşür. İlin ilk 6 ayında 13 milyon 163,3 min manatlıq sənaye, 72 milyon 495,5 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilib, 72 milyon 638 min manatlıq tikinti-quraşdırma işləri yerinə yetirilib.

Xəbərin mətnində orfoqrafik səhv var