REGİONLAR


Ağdamda keçirilən əmək yarmarkasında 95 nəfərə işə göndəriş verilib

Ağdam, 25 sentyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Ağdam rayonunun Quzanlı qəsəbəsində işsiz vətəndaşların məşğulluğunun təmin edilməsi məqsədilə keçirilən növbəti əmək yarmarkasına 624 boş iş yeri çıxarılıb.

AZƏRTAC xəbər verir Ağdam Rayon İcra Hakimiyyəti başçısının müavini Zülfü Qasımov və məşğulluq mərkəzinin direktoru Elşən Rüstəmov yarmarkanın açılışında çıxış edərək, ölkəmizdə gedən sosial-iqtisadi inkişafdan, əhalinin məşğulluğunun təmin edilməsi, yoxsulluğun aradan qaldırılması, yeni iş yerlərinin yaradılması məqsədilə həyata keçirilən tədbirlərdən danışıblar.

Sonra işaxtaranlar yarmarkaya çıxarılan boş iş yerləri ilə maraqlanıblar. On beş idarə, müəssisə və təşkilat tərəfindən təqdim olunan iş yerləri üzrə əmək haqqı 150-400 manat məbləğində olub. Gün ərzində yarmarkada 350-dən artıq işaxtaran vətəndaş iştirak edib. Onlardan 95-i öz istəyinə və ixtisasına uyğun işə göndəriş alıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.