CƏMİYYƏT


Ağdamda narkotik vasitənin təsiri altında nəqliyyat vasitəsi idarə edən sürücü müəyyənləşdirilib

Bakı, 28 yanvar, AZƏRTAC

Ağdam Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlər zamanı rayon sakini Cahid İsmayılovun idarə etdiyi “Mercedes” markalı avtomobil qayda pozuntusuna yol verdiyinə görə saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, nəqliyyat vasitəsinin sürücüsünün hərəkətləri şübhə doğurduğundan o tibbi müayinədən keçirilib. Müayinənin nəticəsinə əsasən onun narkotik vasitə olan marixuana qəbul etdiyi məlum olub.

C.İsmayılov barəsində toplanmış materiallar rayon məhkəməsinə göndərilib və məhkəmənin qərarı ilə o, 10 gün müddətinə inzibati qaydada həbs edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.