CƏMİYYƏT


Ağdamda polis əməkdaşlarına qarşı zor tətbiq olunması ilə bağlı cinayət işi məhkəməyə göndərilib

Bakı, 10 sentyabr, AZƏRTAC 

İyulun 24-də Ağdam rayonunun Bənövşələr qəsəbəsi ərazisində xidməti vəzifələrini icra edən Ağdam Rayon Polis Şöbəsinin əməkdaşlarına qəsəbə sakinləri tərəfindən zor tətbiq edilməklə müqavimət göstərilməsi faktı üzrə Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə Ağdam Rayon Prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.

Ağdam Rayon Prokurorluğundan AZƏRTAC-a bildiriblər ki, istintaqla həmin gün saat 20 radələrində rayonun Bənövşələr qəsəbəsi ərazisində döyülmə faktı barədə daxil olmuş məlumat əsasında hadisə yerinə getmiş Ağdam Rayon Polis Şöbəsinin istintaq-əməliyyat qrupunun üzvləri Niyazi Əhmədov, Mirhəmid Həşimov, Səyyar Həsənova xidməti vəzifələrini yerinə yetirərkən qəsəbə sakinləri Cavid Quliyev və Razi Naibov tərəfindən zor tətbiq edilməklə müqavimət göstərilməsinə əsaslı şübhələr müəyyən edildiyindən sonuncular, Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilib, hadisə yerinə baxış keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq baxılması üçün aidiyyəti üzrə Ağdam Rayon Məhkəməsinə göndərilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.