REGİONLAR


Ağdamda şəhərsalma məsələləri üzrə işçi qrupunun iclası keçirilir

Ağdam, 16 fevral, Tahir Ağaməmmədov, AZƏRTAC

Ağdam şəhərindəki Konfrans Mərkəzində Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzinin “Şəhərsalma məsələləri üzrə” İşçi Qrupunun iclası keçirilir. Tədbirdə Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir müavini Nüsrət Süleymanov, Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətov, “Azərişıq”, “Azərsu” və digər qurumların təmsilçiləri iştirak edirlər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iclasda Ağdamda aparılan tikinti-quruculuq işləri, rayonun ilk bərpa ediləcək kəndlərin tikinti layihələri, Ağdam şəhərinin daxili yol-küçə şəbəkəsinin layihələndirilməsi istiqamətində görülmüş işlər, bərpa ediləcək yaşayış məntəqələrinin elektrik enerjisi, su təminatı, eləcə də infrastruktur təminatı obyektləri üzrə görüləcək işlərin vəziyyəti müzakirə olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.