Ağdamda şəhidlərin xatirəsinə tikilən abidə-bulaq kompleksləri açılıb
AzerTAg.az
Ağdam, 6 may, AZƏRTAC
Ağdam rayonu İmamqulubəyli, Qaradağlı və Rzalar kəndlərində şəhidlərin əziz xatirəsinə inşa edilən abidə-bulaq komplekslərinin açılışı olub.
Pandemiya dövrünün tələblərinə uyğun olaraq keçirilən mərasimlərdə şəhid ailələri, rayon icra hakimiyyətinin əməkdaşları, həmçinin Xalq artistləri Mənsum İbrahimov, Elçin Həşimov, Əməkdar artist Elnur Əhmədov, müharibə əlilləri, veteranlar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, çıxışlarda istər Birinci Qarabağ müharibəsində, istərsə də İkinci Qarabağ müharibəsində Azərbaycan əsgərinin qəhrəmanlığından, 30 ildən artıq bir müddətdə işğal altında qalan torpaqlarımızın işğaldan azad edilməsi ilə nəticələnən şanlı qələbədən, şəhidlərin gənclərə nümunə olan qısa, lakin şərəfli ömür yolundan danışılıb.
Mərasim iştirakçıları abidə önünə əkil və gül dəstələri qoyub, məktəblilərin ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
Xəbərin mətnində orfoqrafik səhv var














