REGİONLAR


Ağdamda su təchizatı, tullantı və yağış suları şəbəkələri layihələndirilib

Ağdamda su təchizatı, tullantı və yağış suları şəbəkələri layihələndirilib

Ağdam, 16 fevral, T.Ağaməmmədov, AZƏRTAC

Ağdam şəhərinin Baş Planına uyğun olaraq burada 190 kilometr uzunluğunda küçə şəbəkəsinin su təchizatı, tullantı və yağış suları şəbəkələri layihələndirilib, texniki ekspertizadan keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Şəhərsalma Məsələləri üzrə İşçi Qrupun Ağdamda keçirilən iclasında "Azərsu" ASC-nin Planlaşdırma və Layihələndirmə Departamentinin rəisi Bahadur Kəngərli bildirib.

"Layihələndirməni bir neçə mərhələdə icra etmişik - bunlar şəhər şəbəkələri, daxili və şəhərdən kənar su təchizatı sistemi və tullantı sutəmizləyici qurğuları, kollektorlardır. Həmçinin bu gün sutəmizləyici qurğular ilə bağlı işlər layihələndirilir", - deyə o qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.