REGİONLAR


Ağdamda tədbir - “Muzeylər sərvətimizdir”

Ağdam, 19 may, AZƏRTAC

Ağcabədi Regional Mədəniyyət idarəsi Ağdam rayon Rahib Məmmədov adına Döyüş Şöhrəti Muzeyində 18 May – Beynəlxalq Muzeylər Günü münasibətilə "Muzeylər sərvətimizdir" adlı tədbir keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Döyüş Şöhrəti Muzeyinin, Tarix Diyarşünaslıq Muzeyinin və Mahrızlı kənd tam orta məktəbinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğurunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycanın Dövlət Himni səsləndirilib.

Rahib Məmmədov adına Döyüş Şöhrəti Muzeyinin direktoru Sahib Məmmədov, muzeyin fond müdiri Gülsarə Əliyeva və Ağdam Rayon Tarix Diyarşünaslıq muzeyinin direktoru Ülvi Qədirov tədbirdə çıxış edərək, 18 May – Beynəlxalq Muzeylər Gününün yaranmasından, muzeylərin əhəmiyyətindən danışıblar.

Ağcabədi Regional Mədəniyyət idarəsi Ağdam rayon üzrə nümayəndə Səyyarə Məmmədova mayın Rahib Məmmədov adına Döyüş Şöhrəti Muzeyinin 32 il əvvəl mayın 18-də yaradıldığını qeyd edərək, muzeyin kollektivini təbrik edib.

Tədbirdə Qaradağlı və Mahrızlı kənd tam orta məktəblərinin şagirdləri vətənpərvərlik ruhunda və Rahib Məmmədovun xatirəsinə həsr olunmuş şerlər söyləyib, qələbəmizin rəmzi olan Xarı bülbül rəqsini ifa ediblər.

Tədbir iştirakçıları Rahib Məmmədov adına Döyüş Şöhrəti Muzeyinin eksponatları ilə tanış olub, sonda xatirə şəkli çəkdiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.