REGİONLAR


Ağdamda yazlıq əkin sahələri 27,8 faiz artıb

Ağdam, 7 iyun, AZƏRTAC

Ağdam rayonunda fermerlər və torpaq mülkiyyətçiləri kənd təsərrüfatı işlərini davam etdirir, torpağa və bitkilərə lazımi aqrotexniki qulluq edirlər.

Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, bu günədək 63 hektar sahədə qarğıdalı, 2663,8 hektar sahədə pambıq, 3 hektarda dən üçün günəbaxan, 351 hektarda kartof, 4567,2 hektarda tərəvəz, 119 hektarda bostan bitkiləri, 533 hektarda şəkər çuğunduru, 1569,5 hektarda yem bitkiləri əkilib. 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə yazlıq əkinlər 2149,5 hektar və ya 27,8 faiz, o cümlədən yem bitkiləri 52,8 faiz, tərəvəz 21 faiz, kartof 0,9 faiz, bostan 4,4 faiz artıb.

Hazırda rayonda yazlıq bitkilərin becərilməsi işləri, həmçinin ötən ilin payızında səpilmiş arpanın biçini aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.