REGİONLAR


Ağdamda zərərli vərdişlərlə mübarizədə mənəvi dəyərlərin rolu müzakirə olunub

Ağdam, 12 yanvar, Tahir Ağaməmmədov, AZƏRTAC

Ağdam Dövlət Sosial-İqtisadi Kollecində Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Xındırıstan kənd məscidi dini icmasının təşkilatçılığı ilə "Zərərli vərdişlərlə mübarizədə mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, kollecin müəllim və tələbələrinin, rayon ziyalılarının, ictimaiyyət nümayəndələrinin və din xadimlərinin iştirak etdiyi tədbirdə Xındırıstan kənd məscidi dini icmasının sədri Barat Bağırov çıxış edərək, mənəvi dəyərlərimizin milli sərvətimiz olduğunu bildirib və gəncləri bu dəyərləri öyrənməyə, qorumağa çağırıb.

Ağdam Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Mehman Mustafayev tədbirin keçirilməsində əsas məqsədin gəncləri zərərli vərdişlərin fəsadları barədə məlumatlandırmaq, onları belə mənfi əməllərdən çəkindirmək olduğunu bildirib. Qeyd edib ki, narkomaniya, siqaret və alkoqol kimi zərərli vərdişlər təkcə insanın fiziki sağlamlığına deyil, həm də şəxsiyyətinin formalaşmasına mənfi təsir göstərir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Ramil Cavadov, Gənclər və İdman İdarəsinin rəisi Elnur Əhmədov və digər çıxış edənlər də gəncləri zərərli vərdişlərdən uzaq olmağa çağırıb, gənc nəslin sağlam ruhda, vətənpərvər formalaşmasında mənəvi dəyərlərin rolundan danışıblar.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.