REGİONLAR


Ağdamın Birinci Baharlı qəsəbəsində yeni məktəb binasının tikintisi yekunlaşıb VİDEO

Ağdam, 4 yanvar, Tahir Ağaməmmədov, AZƏRTAC

Ağdam rayonunun Birinci Baharlı qəsəbəsində 432 şagird yerlik yeni məktəb binasının tikintisi başa çatıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ümumi tikinti sahəsi 2620 kvadratmetr olan məktəb binası ikimərtəbəlidir. Məktəbdə sinif otaqları, kimya, biologiya və fizika laboratoriyaları, qızlar və oğlanlar üçün texnologiya otaqları, hərbi hazırlıq, informatika kabinələri, idman və akt zalları, kitabxana, yeməkxana, STEAM otaqları və inzibati otaqlar yaradılıb. Bina istilik, elektrik, müşahidə, havalandırma və yanğından mühafizə sistemləri ilə təmin edilib. Məktəbə yeni inventar və avadanlıqlar gətirilib.

Məktəbin həyətində hasar çəkilib, idman meydançası, qazanxana, nasosxana, transformator yarımstansiyası, generator, içməli, çirkab və yanğın əleyhinə su anbarları inşa edilib, işıqlandırma dirəkləri quraşdırılıb. Yerə tamet və asfalt örtük döşənib, abadlıq işləri aparılıb, yaşıllıqlar salınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.