İDMAN
Ağdamın “Qarabağ” komandasının rəqibləri haqqında nə bilirik?
Qrup mərhələsində “Qarabağ” komandası İtaliyanın “İnter” (Milan), Ukraynanın “Dnipro Dnipropetrovsk”, Fransanın “Saint-Etienne” klubları ilə qarşılaşacaq.
“İnter” (Milan) klubu üç dəfə Çempionlar Liqasının, üç dəfə isə UEFA kubokunun qalibi olub. Son mövsümdə “A” seriyasını beşinci yerdə başa vuran Milan təmsilçisi bunun sayəsində Avropa Liqasına vəsiqə qazanıb. “İnter” bu turnirin pley-off mərhələsində İslandiya “Styarnan”ına iki oyunun nəticəsinə görə doqquz top (səfərdə 3:0, evdə 6:0) vuraraq qrup mərhələsinə vəsiqə əldə edib.
“Dnipro Dnipropetrovsk” klubu bir dəfə İntertoto kubokunun finalına yüksəlib. Bu komanda Avropa Liqasının pley-off mərhələsində Xorvatiyanın “Hayduk” klubunu məğlub edib. (evdə 2:1, səfərdə 0:0).
“Saint-Etienne” kollektivi də çempionlar kubokunun finalçısı olub. Klub ötən mövsüm Fransa kubokunu qazanıb. Son mövsümdə ölkə çempionatında dördüncü olub. Avroliqanın pley-off mərhələsində bu komanda Türkiyənin “Kardemir Karabükspor” klubuna penaltilər seriyasında qalib gələrək qrup mərhələsinə vəsiqə qazanıb. (səfərdə 0:1, evdə 1:0, penaltilər - 4:3).