CƏMİYYƏT


Ağdamın Quzanlı qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib

Bakı, 3 may, AZƏRTAC

Ağdam rayonunun Quzanlı qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ağdam rayonunun Quzanlı qəsəbəsi ərazisində rayon sakinləri M.Şükürovun idarə etdiyi “Mercedes” və Kamal Hüseynovun idarə etdiyi “İnfiniti” markalı avtomobillər toqquşub.

Nəticədə K.Hüseynov aldığı xəsarətlərdən hadisə yerində ölüb, digər sürücü və sərnişin isə xəstəxanaya yerləşdirilib.

Ağdam Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.