CƏMİYYƏT


Ağdamın Quzanlı qəsəbəsində dörd top mərmisi aşkarlanıb

Bakı, 13 yanvar, AZƏRTAC

Yanvarın 13-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən və Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağdam rayonunun Quzanlı qəsəbəsində dörd mərminin tapılması barədə məlumat daxil olub.

ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən həmin ərazidə su kanalına baxış keçirilib, aparılan təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində dörd partlamamış hərbi sursat (3 ədəd 100 millimetrlik və bir ədəd 122 millimetrlik top mərmiləri) aşkar olunub. Həmin sursatlar zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkarlanmış mərmilərin ətrafında 100 kvadratmetr əraziyə yerüstü baxış keçirilib. Əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.

Ümumilikdə agentlik tərəfindən yanvarın 1-dən 13-dək Ağstafa, Ağdam, Tərtər və Lənkəran rayonlarında iki ev və həyətyanı sahəyə, bir əkin sahəsinə, su kanalına və bazar ərazisinə baxış keçirilib. Yeddi partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib, 6120 kvadratmetr ərazi yoxlanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.