İDMAN


Ağdamın "Qarabağ" klubu UEFA Çempionlar Liqasına məğlubiyyətlə başlayıb

Bakı, 6 iyul, AZƏRTAC

Ağdamın "Qarabağ" futbol klubu UEFA Çempionlar Liqasında mübarizəyə başlayıb.

AZƏRTAC xəbər verir ki, Ağdam təmsilçisi birinci təsnifat mərhələsinin ilk oyununda Polşanın "Lex" komandasının qonağı olub.

Poznan şəhərindəki eyniadlı stadionda keçirilən oyunda “Lex”in heyətində meydana Artur Rudko, Joel Pereyra, Pedro Reboşu, Yesper Karlström, Mikael İshak, Antonio Miliç, Mixal Skuras, Radoslav Muravski, Kristoffer Velde, Joao Amaral və Lubomir Şatka çıxıblar.

“Qarabağ”ın start heyətində isə Şahruddin Məhəmmədəliyev, Qara Qarayev, Maksim Medvedev, Riçard Almeyda, Abdullah Zubir, Leandro Andrade, Kadi Borges, İbrahima Vadji, Marko Veşoviç, Elvin Cəfərquliyev və Kevin Medina yer alıblar.

İspaniyalı FIFA referisi Xose Luis Munuera idarə etdiyi oyunun birinci hissəsi Polşa təmsilçisinin minimal üstünlüyü ilə yekunlaşıb - 1:0. Qolu matçın 41-ci dəqiqəsində meydan sahiblərinin kapitanı Mikhael İshak vurub.

Qarşılıqlı hücumlar şəraitində keçən ikinci hissədə qol vurulmayıb.

Beləliklə, görüş "Qarabağ"ın 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb.

Qeyd edək ki, komandalar arasında cavab matçı iyulun 12-də Bakıda olacaq. Bu cütün qalibi ikinci təsnifat mərhələsində İsveçrənin "Sürix" klubu ilə qarşılaşacaq. Məğlub komanda isə UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsində "Slovan" (Slovakiya) – "Dinamo" (Batumi, Gürcüstan) cütünün güclüsü ilə üz-üzə gələcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.