CƏMİYYƏT
Ağdamla Ukraynanın Reşetilovka şəhəri qardaşlaşa bilər
Kiyev, 30 aprel, AZƏRTAC
Azərbaycanın Ağdam və Ukraynanın Poltova vilayətinin Reşetilovka şəhərləri qardaşlaşmış şəhərlər ola bilərlər.
Poltava Vilayət Dövlət Administrasiyasından AZƏRTAC-a bildiriblər ki, Reşetilovka ilə Ağdam şəhərlərinin qardaşlaşması üçün Azərbaycan tərəfinə təklif göndərilib, danışıqlar aparılır.
“Ukrayna ilə Azərbaycan strateji tərəfdaşdır, bütün sahələr üzrə əməkdaşlıq inkişaf edir. Hər iki ölkənin bölgələri arasında da ikitərəfli münasibətlər mövcuddur. Reşetilovka ilə Ağdam şəhərlərinin qardaşlaşması iki ölkənin əməkdaşlığının möhkəmlənməsinə öz töhfəsini verə bilər”, - deyə məlumatda vurğulanıb.
Qeyd edək ki, hazırda Azərbaycan və Ukraynanın 11 şəhəri qardaşlaşmış şəhərlərdir.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev