REGİONLAR


Ağdamlı gənc: Prezidentimiz təkcə ədaləti bərpa etmədi, o bizi evimizə, doğma torpaqlarımıza qovuşdurdu VİDEO

Ağdam, 13 sentyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Doğma torpağımdayam, 28 il sonra cənnət Ağdamımdayam. Buradan bütün Azərbaycanı salamlayıram. O qədər xoşbəxt və qürurluyam ki, bu hissləri ifadə etməyə söz tapmıram. Azərbaycan gənci olmağımla fəxr edirəm.

Bunu AZƏRTAC-ın bölgə müxbirinə Ağdam şəhərinə səfər etmiş ağdamlı gənc Fidan Nəsirli söyləyib.

O deyib: “Ağdamda vandalizm törədilib, bu gözəl şəhər yerlə-yeksan edilib. Ancaq buranın parçalanmış daşı da, havası da, suyu da bizə doğmadır. İllərlə köksü yaralı Azərbaycanı öz qanı, canı bahasına bütövləşdirən şəhidlərimizin ruhu qarşısında baş əyirəm, qazilərimizə şəfa diləyirəm. Müzəffər Ali Baş Komandanımız, şanlı Azərbaycan Ordusu var olsun. Prezidentimiz təkcə ədaləti bərpa etmədi, o bizi evimizə, doğma torpaqlarımıza qovuşdurdu. Bundan sonra da “dəmir yumruq” birliyini heç kim poza bilməz. Yaşasın Azərbaycan, Qarabağ Azərbaycandır!”

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.